Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Сен

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Qəbulda sakinlərin şikayət və təklifləri tək-tək dinlənilib, onların həlli istiqamətində müvafiq tədbir görülüb.

    Qəbulda 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar arasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını istəyənlər, yeni inşa olunan yaşayış evinəelektrik xəttinin çəkilişinə, yaşadığı ərazidə “MİlliÖn” ödəmə terminalının quraşdırılmasına köməklik göstərilməsini xahiş edənlər olub. Bunlarla yanaşı suyun fasilələrlə verilməsindən, 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların işindən şikayət edən vətəndaşların da müraciətləri dinlənilib. Dərman preparatları ilə təminat, habelə müalicə almaq üçün maaddi köməkliyin göstərilməsi ilə bağlı məsələlər isə müraciətlər arasında üstünlük təşkil edib.

    Qəbulda iştirak edən vətəndaşların problemləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən tək-tək dinlənilib. Səsləndirilən problemlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin isə araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:14

İsmarıclar bağlıdır.