Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 15Окт

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti görüş “Sağlam məktəbli” layihəsi çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsi 1 saylı tam orta məktəb, Salyan rayonu Aşıq Pənah adına 1 saylı məktəb-lisey və Gəncə şəhəri 27 saylı məktəb-liseyinin şagirdləri ilə keçirilib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

    Tədbir zamanı şagirdlərə agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra agentliyin regional bölmələrinin əməkdaşları məktəblilərə enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, quduzluq və ondan qorunma yolları, konservləşdirilmiş məhsulların düzgün saxlanma qaydaları, düzgün və sağlam qidalanma barədə ətraflı məlumat veriblər.

    Görüşdə məktəblilərə qida sahəsində hər hansı neqativ halla üzləşəndə və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarananda agentliyin 1003 “Çağrı mərkəzi”nə müraciət etmək tövsiyə edilib.

    Görüşün yekununda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:18

İsmarıclar bağlıdır.