Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,467
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 15Окт

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığ ilə 18 oktyabr – Milli Müstəqillik Gününə həsr edilən “Qarabağ Azərbaycanındır və nida işarəsi” adlı tədbir keçirilib. Tədbirdən sonra gənclər "Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!" şüarı ilə yürüş ediblər.

    Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov gənclər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə “Valday” beynəlxalq diskusiya klubunda çıxışını xatırladıb. O bildirib ki, bu Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən “qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” iddiasına yekun cavab və "Qarabağ Azərbaycanındır və nida işarəsi" ifadəsi ikili standartlar aparanlara tərs sillə idi. 

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə çıxışında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötdüyünü, bu müstəqilliyin əbədi və dönməzliyini, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini qeyd edib.

    Tədbirdən sonra gənclər "Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!" şüarı ilə yürüş ediblər. Daha sonra 200-ə yaxın UTECA tələbəsi Cənab Prezidentin cıxışına və Beynəlxalq Gənclər Kampaniyasına dəstək olaraq "Qarabağ Azərbaycandır" ifadəsinə flashmobla bir daha nida qoyub.Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:50

İsmarıclar bağlıdır.