Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,011
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Окт
    QHT

    Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

    “Təmas” Regional İnkişaf  İctimai Birliyi   may  ayından etibarən  Azərbaycan Respublikası  Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Insan alveri və potensial insan alveri qurbanlarına  xidmət göstərən Regional Rabilitasiya-Reinteqrasiya Mərkəznin dəstəklənməsi” layihəsinin icrası oktyabr ayında yekunlaşır.

    Əsas məqsədi insan alveri və məət zorakılığından əziyyət çəkən qadın və uşaqları, sosial riskli ailələrdən olan  şəxsləri, sənədsiz insanlari mütəmadi yardımlarla təmin  etmək olan   Mərkəzə  müraciət edən şəxslər təhlükəsiz sığınacaqla təmin olunur, onlara  pulsuz  hüquqi, psixoloji yardımlar göstərilir  və digər sosial  xidmətlər təklif olunur. Layihənin icrası dövründə  Mərkəzdən (sığınacaq) həssas vəziyyətdə olan 193 nəfər qadın və uşaq yararlanıb.  Onlardan10 nəfəri  insan alverinin, 2 nəfəri insan alverinin ehtimal olunan qurbanı, 181   nəfəri isə  insan alverinin potensial qurbanları olublar. Onlardan  92  nəfəri qadın,  101 nəfəri isə uşaq olub. (74 oğlan, 57 qız).

    Layihə rəhbəri Südabə Məmmədova məlumat verib  ki, Mərkəzdə həssas vəziyyətə düşən, çətin həyat şəraitində yaşayan qadın və uşaqlara sosial – psixoloji  xidmətlər göstərilir. Ehtiyacı olanlar hüquqi yardımla təmin olunur, iddia ərizələri tərtib olunur. Köməksiz və təhlükəli vəziyyətdə olan qadın və uşaqlar təhlükəsiz sığınacaqla təmin edilir, ehtiyacları ödənilir. Təhsildən yayınmış uşaqlar təhsilə bərpa olunur, məktəbyaşına çatmamış uşaqlar isə uşaq baxçalarına istiqamətləndirilir. Layihə rəhbəri onu da əlavə etdi ki, Mərkəz AR DİN İAQMBİ,  AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin Dövlət Sosial Fondu yanında “İnsan alveri Qurbanlarına Yardım Mərkəzi”, Gəncə şəhər və ətraf rayonların yerli İcra hakimiyyəti və hüquq mühafizə orqanları, Səhiyyə və Təhsil idarələri ilə sıx əməkdaşlıq edir.

    Layihənin icrası davam edir.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:27

İsmarıclar bağlıdır.