Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Ноя

    Qadınlardan ibarət Azərbaycan milli yığma komandası 24 oktyabr-02 noyabr 2019-cu il tarixlərdə Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa komanda çempionatında böyük uğura imza atıb. 

    Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Beynəlxalq Qrossmeyster Ülviyyə Fətəliyevanın da tərkibində olduğu komanda çempionatının son turunda Ermənistan komandasını məğlub edərək bürünc medal qazanıb. Ülviyyə Fətəliyeva Mariya Gevorqyanl xalı yarı bölüb. Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib,  Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

    Beləliklə, görüş Azərbaycan millisinin 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:18

İsmarıclar bağlıdır.