Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,103
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 07Янв

    Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinə start verilir.

    Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan Orxan Əhmədovun rəhbərliyi ilə həyata keçiriləcək layihənin məqsədi Gəncədə yaşayan, təhsil alan gənclərin yerli və beynəlxalq layihələr zamanı könüllü kimi iştirak etmələrində bilik və bacarıqlarının artırılmasına töhfələr verməkdir. Eyni zamanda, təlimçilər tərəfindən gənclərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müxtəlif sahələrdə müzakirələr aparılacaq, problemlərin optimal həlli yolları təklif ediləcəkdir.

    “Uğura Gedən Yol – Könüllülük”-də 50 nəfərin iştirakı təmin olunacaq və onlar 10 nəfərdən ibarət qruplara bölünəcəkdirlər. Layihə müddətində könüllülük, komanda işi, etiket qaydaları kimi təlimlər və Azərbaycan, Gəncə tarixi haqqında ekuskursiyalar həyata keçiriləcək.

    Könüllülük nədir? könüllü olmaq gənclərə nə vəd edir? kimi suallara cavab tapmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçin:

    https://docs.google.com/forms/d/e/1FAIpQLSf1j32YdLpGCwTMJI3WeIDanEODi4QpR5dWFitd24zQk7t6mA/viewform

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:01

İsmarıclar bağlıdır.