Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,186
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Янв

     1990- il yanvarın  19-dan  20-  keçən gecə xalqımız daha bir faciəli tarixə şahidlik etdi. Keçmiş SSRİ rəhbərliyinin  Azərbaycana  qarşı  qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımızın iddiasında olan Ermənistanın təcavüzkar siyasətinin açıqaşkar dəstəklənməsinə respublikanın  o zamankı rəhbərlərinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq  ayağa  qalxmış xalq kütlələrinə qarşı Bakıya yeridilən, təpədən dırnağadək silahlandırılan  sovet ordusunun  iri  hərbi birləşmələri heç bir xəbərdarlıq edilmədən dinc əhaliyə qəddarcasına divan tutdu.

    SSRİ    Azərbaycan SSR   Konstitusiyaları  ayaqlar  altına atılmaqla, eyni zamanda BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoyulmamaqla siyasi hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəaları cinayətkarcasına pozulmaqla müdhiş gecədə Bakıda respublikanın digər bölgələrində 147 nəfər əliyalın sakin vəhşicəsinə qətlə yetirildi.  744 nəfər  müxtəlif dərəcədə yara aldı. 841 nəfər qanunsuz olaraq həbs edildi. Külli miqdarda dövlət əmlakı şəxsi əmlak dağıdıldı. 200 ev mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları sıradan çıxdı.

    Sovet imperiyasının Azərbaycana  qarşı təcavüz siyasətinin tərkib hissəsi olan, insan hüquq azadlıqlarının kütləvi pozulması ilə nəticələnən bu cinayətin bütün bəşəriyyətə, insanlığa qarşı yönəlməsinə baxmayaraq təəssüf ki, respublikanın o dövrdəki rəhbərləri  Kremlin qəzəbinə tuş gəlməmək üçün hadisənin üstündən sükutla keçdilər. Onlar özlərində güc tapıb Qanlı faciəyə siyasihüquqi qiymət verilməsi istiqamətində heç bir aparmadılar.

    Lakin xalqın cəsarətli, qeyrətli, mərd, qorxmaz oğlu ulu öndər Heydər Əliyev imperiyanın ədalətsizliyinə dözə bilmədi. Moskvada güclü nəzarət təzyiq altında olmasına baxmayaraq faciənin ertəsi günü həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gəldi Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi.

    Ulu öndərin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994 ildə isə faciəyə tam siyasihüquqi qiymət verildi. 20 Yanvarın hər il Ümumxalq  Hüzn Günü kimi qeyd olunması qərara alındı.

    Vətən uğrunda ölənlər heç vaxt yaddan çıxmır, unudulmur. Qanlı hadisədən 30 il keçsə o müdhiş gecədə şəhid olanların əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da  faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önündə hər il izdihamla qeyd olunur, dərin ehtiramla yad edilir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Vidadi İSMAYILOV,

    Gədəbəy rayon  Qeydiyyat  Şöbəsinin rəisi.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:20

İsmarıclar bağlıdır.