Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,934
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Фев

    Gəncənin Şah İsmayıl Xətai prospektində (Azərbaycan Texnologiya Universitetinin qarşısında) yerləşən piyada keçidinin tavan hissəsi bir qrup şəxs tərəfindən yararsız hala salınıb. Keçiddə quraşdırılmış müşahidə kameraları vasitəsi ilə həmin şəxslərin Gəncə şəhər sakinləri Z.İ və N.M olduğu müəyyən edilib. Kəpəz Rayon Polis İdarəsi tərəfindən həmin şəxslər barəsində ictimai əmlaka ziyan vurduqları üçün müvafiq qaydada inzibati tədbir görülüb.

    Qeyd edək ki, Gəncədə olan piyada keçidləri “Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə 24 saat ərzində müşahidə olunur.

    Şəhər əhalisindən bu cür hərəkətlərə yol verən şəxslərin əməllərinə biganə qalmamaq və hər hansı bir dövlət əmlakına ziyan vurulması faktlarına etinasız yanaşmamaq xahiş olunur.  Bu cür faktlarla üzləşdikdə şəxslərin vətəndaş mövqeyindən çıxış etmələri, eyni zamanda “102” Xidmətinə məlumat vermələri tövsiyyə olunur.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:32

İsmarıclar bağlıdır.