Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,150
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 24Фев

    “Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi uğurla inkişaf edir”. Bu fikirləri YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvü, partiyanın könüllüsü Pərvin Abbasova deyib.

    Pərvin Abbasova bildirib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Onun fikrincə, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.

    “Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Mən də iki ildir ki, YAP-ın könüllülərindənəm. Bu çərçivədə bir sıra təlimlərdə, “Yay məktəbləri”ndə və digər tədbirlərdə iştirak etmişəm. Könüllülük bizə yeni dostlar qazandırır, dünyagörüşümüzü artırır və hər bir məsələdə bizə payda gətirir. Mən bütün gənclərimizi bu hərakata qoşulmağa çağırıram. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi bu baxımdan böyük fürsətdir”-deyə, könüllü qeyd edib.

    Qeyd edək ki, Pərvin Abbasova Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “2020 Könüllülər ili” çərçivəsində partiya könüllülərinin toplantısında iştirak edib və könüllü qismində seçkilərdə aktiv iştirakına görə diplomla təltif olunub.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:32

İsmarıclar bağlıdır.