Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,150
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Мар
    Elm

    Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multi dissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Elmə yenicə atılan gənclərimiz üçün mühüm bir platforma olan konfransda Gəncə şəhərini AMEA Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzinin gənc alimi, filologiya üzrə fəlsəfə doktoru Əlmuxtar Muxtarov təmsil edib və fəxri fərmana laiq görülüb.

    Tədqiqatçının  konfransa təqdim etdiyi “Azərbaycan poeziyasında Nizami Gəncəvi türbəsinin bədii əksi;Tarixi gerçəklik, bədii həqiqət” mövzulu tezisində dünya mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, əsərləri dünya şeir xəzinəsinin nadir inciləri sayılan Nizami Gəncəvi yaradıcılığı Azərbaycan bədii-estetik fikrinin inkişafında yeni, orijinal bir mərhələ təşkil etdiyi kimi,  Nizami Gəncəvi dühasının əsrlərlə Azərbaycan şairlərinin yaradıcılıq yolunu işıqlandırmaqla yanaşı, şairin ədəbi şəxsiyyəti, türbəsi də bədii ədəbiyyatın obrazına çevrldiyi vurğulanıb.

    Qeyd edək ki, SOCAR-ın və Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub. Beynəlxalq konfransda 12 ölkədən 300-dən çox gənc alim iştirak edib.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:34

İsmarıclar bağlıdır.