Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,962
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Мар

    Azərbaycan Texnologiya Universitetinin (UTECA) Fransada təlimlərdə iştirak edən əməkdaşları həmkarları üçün seminar keçiblər. "Nəqliyyat xidmətləri üçün böhran və risk mühəndisliyi” (CRENG)" layihəsinin iştirakçıları olan müəllimlər Fransanın Valensien şəhərində yerləşən Hauts De Frans Politexnik Universitetində qatıldıqları təlimlərdə öyrəndikləri yenilikləri komanda üzvləri ilə bölüşüblər.

    CRENG Erasmus+ KA2 layihəsinin UTECA üzrə koordinatoru Orxan Vətənxah, komanda üzvləri Nofəl Hacıyev, Fəridə Verdiyeva və Nicat Qəzənfərli Fransadakı beynəlxalq təlimdə öyrədilən “Simulasiya sistemlərinin müasir modelləri”, “Anylogic” proqramı ilə iş”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin idarə etmə sistemləri”, “Risk və böhranın proqnozlaşdırılması, təhlili və azaldılması yolları”mövzularında təqdimatlarla çıxış ediblər. Seminarda həmçinin layihəyə daxil edilən fənnlərin məqsədləri və mövzuların bölgüsü də müzakirə olunub.

    Sonda CRENG komandasının üzvləri layihəsi çərçivəsində bundan sonra proqram üzrə görüləcək işlər barədə məlumatlandırılıb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:27

İsmarıclar bağlıdır.