Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 03Апр

    Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

    Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərdə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

    Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:49

İsmarıclar bağlıdır.