Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Окт

    Gdu8    Açılış mərasimində universitetin rektoru, professor Yusif Yusibov, ali-təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və idmançılar iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə Spartakiada açıq elan olunub.


            Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumataGdu10 görə, tədbir iştirakçıları tərəfindən Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

        Sonra çıxış edən universitetin rektoru Yusif Yusibov idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən Gdu18tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin genişGdu15 yayılmasına diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

    Yusif Yusibov dövlətin idman siyasətinin həyata keçirilməsində GDU-nun daim fəallıq göstərməsindən söz açaraq bildirib ki, bu fəaliyyət universitetin İdman Klubu vasitəsilə həyata 

    Gdu13keçirilir. Ölkəmizdəki universitetlərin idman klubları arasında GDU-nun da İdman Klubu həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim universitet tələbələri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır.

         Rektor peşəkar idman müəllimlərinin və idmançıların yetişdirilməsiGdu11 sahəsində GDU-nun İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub. Yusif Yusibov Spartakiada iştirakçılarını bir daha təbrik edərək onlara yarışlarda uğurlar arzulayıb.

         Sonra idmançıların ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışları olub.

        Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.

                                                                                                                Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:36

İsmarıclar bağlıdır.