Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Окт

       w_1615083104831579420135_1000x669 Gəncənin Sadıllı məhəlləsinin sakini, bağ həvəskarı olan Nizami Abbasovun həyətindəki çardaqda ürəkşəkilli yarpaqlar arasından boyla-nan, xüsusi görünüşü və qoxusu olan meyvə görənlərin diqqətini çəkir. w_1615083104832716329035_1000x669

          Nizami Abbasov müsahibəsində həyətində becərdiyi bu qəribə bitki ilə çoxlarının maraqlandığını deyir.

       “Üzəri nahamar, yetişdikdə tünd narıncı, içərisindəki xırda, lətli meyvələri isə al qırmızı rəngdə olan bu meyvə hind narıdır”, — deyən Nizami Abbasov bildirir ki, ilk dəfə hind narının iki toxumunu əldə edib və həyətində basdırıb. Yazın əvvəlində cücərən toxumlar sarmaşıq kimi boy atıb və bar verməyə başlayıb.

      w_1615083104833910232031_1000x669 Əslində isə həmin bitkinin elmi ədəbiyyatda adı Mamordika Xarançiyadır. Cənub, Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində, eləcə də Çində və Karib adalarında geniş yayılan birillik ot bitkisi olan Mamordika Xarançiya həmin yerlərdə dağ xiyarı, yaxud Çinin dağ qovunu kimi tanınır.

      w_1615083104835870735239_1000x669 Gəncəli bağban bu bitkini həyətində daha çox sarmaşıq kimi dekorativ məqsədlə əksə də, Mamordika Xarançiya böyük tibbi əhəmiyyətə malik, tərkibi bir çox vitaminlərlə və elementlərlə zəngin faydalı məhsuldur. Bu bitki qocalmanın qarşısını alır, insana gümrahlıq bəxş edir, sağlamlığı möhkəmləndirir. Mamordika qanda şəkərin miqdarını tənzimləyir, beyini qidalandırır, orqanizmdəki bir çox bakteriya, virus və xərçəng hüceyrələrini məhv edir, mədə xorası, hipertoniya, hətta leykemiya kimi xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Hazırda Mamordika Çinin xalq təbabətində və müasir tibb elmində bir sıra ağır xəstəliklərin müalicəsində tətbiq edilir. Mamordikadan bu bitkinin becərildiyi ölkələrin mətbəxində bir-birindən dadlı və ləzzətli xörəklərin hazırlanmasında da geniş istifadə olunur.

       Nizami Abbasov təkcə hind narı yetişdirmir. Onun qonaqları həyət-dəki bar verən banan ağacını da gördükdə təəccüb edirlər. Axı banan tropik və subtropik bölgələrdə yetişir. Bu yerdə məşhur atalar sözü yada düşür: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”.

    Rauf Hacıyev, 

    AZƏRTAC

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:46

İsmarıclar bağlıdır.