Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 23Апр

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən onlayn müşavirə keçirilib. 70-dən çox şəhər, rayon gənclər və idman idarələrinin rəhbərlərinin qatıldığı onlayn müşavirədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov da iştirak edib. Onlayn görüşdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov ilk olaraq ölkədə COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən söz açıb.

    Azad Rəhimov koronavirus infeksiyasına qarşı qabaqlayıcı və düşünülmüş mübarizə tədbirlərinin atılmasından danışaraq, dövlətin vəziyyəti ilkin mərhələdən nəzarət altında saxladığını bildirib. Görülən işlərlə bağlı danışan nazir region gəncləri tərəfindən ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətin fəal şəkildə təbliğ edilməsinin önəmini diqqətə çatdırıb. Azad Rəhimov gənclərin bu dönəmdə daha aktiv, yaradıcı olmalarını, gələcəyə yönəlik, karantin dönəmi bitdikdən sonra belə, onların həyat kredosuna çevriləcək şüarların hazırlanmasının vacibliyini qeyd edib. Çıxışının davamında nazir karantin müddətində qurumun həm gənclər, həm də idman sahələrini əhatə edən «Evdə qal, idmansız qalma!», «İdeya var», «Tələbə baharı», «Evdə addımla», «Mənim qəhrəmanım» və artıq üzün illərdir ki, uğurla davam edən «Virtual Qarabağ» layihələrindən söz açıb, region gənclərinin də bu təşəbbüslərə cəlb olunmasının vacibliyini vurğulayıb.
    Qeyd edək ki, keçirilən müşavirə koronavirus infeksiyası ilə əlaqdar ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində şəhər, rayon gənclər və idman idarələrinin fəaliyyəti, region gənclərinin nazirlik tərəfindən həyata keçirilən layihələrə qoşulmaları istiqamətində görülən işlərlərlər, habelə onların fəaliyyəti ilə daha yaxından tanış olmaq, təkliflərini dinləmək məqsədi daşıyıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:53

İsmarıclar bağlıdır.