Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Окт

       18-oktyabr-azerbaycanin-dovlet-musteqilliyi-gunudur-1zL   26 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.

        1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi başlayıb və bu gün də uğurla davam edir.

         Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

        1991-ci il dekabrın 29-da keçirilmiş referendumda səsverməyə dövlət müstəqilliyi haqqında konstitusiya aktı çıxarılıb və yekdilliklə qəbul edilib.

        Beləliklə, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.

    Kamilə SEYİDLİ

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:26

İsmarıclar bağlıdır.