Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Май

    Gəncə Gənclər evinin nəzdində bir çox klub fəaliyyət göstərməkdədir. Bu kulblardan biri də Teatr klubudur. Günümüzə qədər on əsəri səhnələşdirən «Teatr klubunun» istedadlı üzvlərinin karantin şəraitində Azərbaycan filmləri və Azərbaycan xalq nağıllarına müraciət edərək 3 fərqli üslubda və müxtəlif məkanlarda videorolik hazırlayıb.
    Bu roliklərdə iştrak edən gənclər teatr klubunun fəal üzvləridir və şəhər tədbirlərində iştrak edirlər. Filmlər aşağıdakılardır:

    «Bəxt üzüyü» filmi
    Rollarda:
    Moşu — Allahverdiyev Səfər, Söylü — Kərimova Nurcan
    «Məhəllə» filmi
    Rollarda:
    Qüdrət — Allahverdiyev Səfər
    Məhəbbət — Əsgərova Arzu
    Xəlilova Şərabanu
    Məmmədova Nigar
    «Tıq — tıq xanım» nağılı
    Rollarda:
    Əsgər — Nağıyev İlkin
    Tıq — tıq xanım — Zeynalova Günel
    Bundan başqa Gənclər evində istedadlı və yaradıcı gənclər arasında yarış keçirilib. Yarışda gənclər evdə qalaraq öz əl işlərini, çəkdikləri rəsmləri, dekorativ tətbiqi sənət üslubunda işlədikləri əsərlərin videoçarxını Gənclər Evinin «facebook» səhifəsinə göndəriblər. Göndərilən çarxlardan 9-u seçilərək facebook səhifəsində paylaşılıb.
    May ayının 1-dən 18-dək davam edən yarışın qalibi Gülçin Mehdiyeva olub. O, Milli qəhrəman Mübariz İbrahimovun portretini string art üslubunda təqdim edib. Qalibə Gənclər Evinin metodisti Sona Məhərrəmovanın işlədiyi bədii-şüşə üslubunda stəkan dəsti hədiyyə olunacaq.
    Qeyd edək ki, Sona Məhərrəmovanın elan etdiyi yarışın əsas məqsədi yaradıcı gənclərin bacarıqlarını göstərmək, istedadlarını tanıtdırmaqdan ibarətdir.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:51

İsmarıclar bağlıdır.