Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Май

    MİNNƏTDARLIQ EDİRƏM

    Dünyamız zaman-zaman müxtəlif bəlalarla, qanlı-qansız müharibələrlə üzləşib. Lakin koronavirus bəlasını heç bir hadisə ilə müqayisə etmək olmaz. Bu, çox böyük faciədir və təəssüflər olsun ki, bütün dünyanı sarıb.
    Mən ömrümün ahıl çağındayam və günümün yarıdan-çoxu televiziya qarşısında keçir. Yerli və xarici xəbərlərin hamısını diqqətlə izləyirəm. Nəhəng dövlətlərin bu pandemiya qarşısında necə aciz qaldıqlarını ürək ağrısı ilə seyr edirəm.

    Ölkəmizin digər ölkələrlə müqayisədə daha az ziyan görməsi isə məni sevindirir. Xüsusən də ölkə Prezidenti cənab İlham Əliyevin öz vətəndaşlarına qarşı göstərdiyi diqqət və qayğı, əhalinin sağlamlığı istiqamətində gördüyü işlər mənə sonsuz qürur hissi bəxş edir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ayrı-ayrı insanlara dövlətin təyin etdiyi 190 manat vəsaitin aybaay verilməsi, həmçinin respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ərzaq yardımları insanların sosial problemlərinin həllində əhəmiyyətli rol oynayır.
    Amma dövlətimizin ən əsas prinsipi insanların sağlamlığını qorumaqdır. Bunun üçün ölkəmizin hər yerində gərəkli tədbirlər görülür. Bütün bunlar isə tezliklə bu təhlükənin fəsadsız ötüşəcəyinə olan inamımızı artırır.
    Mən ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xalqımıza qarşı olan diqqət və qayğıya, vətəndaşlara verdikləri dəyərə görə minnətdarlığımı bildirir və hər zaman var olun, — deyirəm.

    Şamayə BABAYEVA,
    Gəncə sakini

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:58

İsmarıclar bağlıdır.