Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Июн

    Gəncədə uzun illərdir fəaliyyət göstərən və istismar müddətini başa vuran sərnişin liftlərinin yenilənməsi başa çatdırılıb. Əksəriyyəti sovet dönəmindən qalan və istifadəsi təhlükəli hesab edilən köhnə liftlərin dəyişdirilməsinə bu ilin yanvar ayından başlanılıb.
    İlkin mərhələdə 72 liftin dəyişdirilməsi nəzərdə tutulsa da daha sonra ətraflı təftiş olunaraq 93 liftin yenilənməsinə qərar verilib. Bu məqsədlə Gəncə şəhər lift təsərrüfatı idarəsinə gətirilən qurğuların hamısı qısa müddət ərzində quraşdırılaraq istifadəyə verilib.

    Əsasən şəhərin Yeni Gəncə, Abbas Səhhət və 1-ci mikrorayon ərazisindəki binalara montaj edilən liftlər Belarusiyanın Moqilyov Liftmaş zavodunun istehsalıdır.
    Qeyd edək ki, hazırda Gəncə şəhərində 201 lift fəaliyyət göstərir ki, bunlardan da 126 ədədi 2006-cı il dən 2013-ci ilə dək mərhələli olaraq yenilənib.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:00

İsmarıclar bağlıdır.