08Окт
Zəfər soraqlı 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından biri də şəhid Mirhüseyn Miryunis oğlu Seyidzadədir. O, 1991-ci il fevral ayının 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində dünyaya gəlib. 1997-ci ildə M.Ə.Sabir adına 5 saylı məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin 9-cu sinfini başa vuraraq Gəncə Humanitar Kollecin
ə qəbul olub. 2010-cu ildə kollecin gömrük işi üzrə kiçik mütəxəssis ixtisasını bitirərək həqiqi hərbi xidmətə gedib və 2012-ci ildə hərbi xidmətini başa vurub. 2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışıb. 2020-ci ilin iyul ayında Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlayıb.
27 sentyabrda erməni təcavüzünə qarşı başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində cəbhə bölgəsinə gedib. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Oktyabr ayının 9-da Gəbrayıl ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Bir gün sonra isə Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Daha ətraflı »
07Окт
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
“Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib. Daha ətraflı »
07Окт
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Ötən müddət ərzində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış və 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılmışdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir və burada dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu.
Daha ətraflı »
07Окт
Azərbaycan tarixində misilsiz xidmətlərilə əbədiyaşar mövqe qazanmış ümumilli lider Heydər Əliyev öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcədə dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz buraxıb.
Azərbaycanın bir qərinəlik tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin hər dəfə hakimiyyətə gəlişi xalqımız üçün bir qurtuluş olub. Ölkəmizin keçən əsrin 60-cı illərin sonundan başlayan və 21-ci əsrə adlayan 35 illik bir dönəmi yeniliklər və irəliləyişlərlə seçilib.
Heydər Əliyev Azərbaycan xalqının müstəqillik, suverenlik arzusunu tarixi reallığa çevirib, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlayıb. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir.
Daha ətraflı »
06Окт
Vətən müharibəsinin Qələbə salnaməsinə qanı, canı ilə imza atan oğullardan biri də Təqi Nizami oğlu Əsgərovdur. Cəmi on doqquz il ömür yaşayan Təqinin tərcümeyi-halını bir neçə sətrə yerləşdirmək nə qədər asandırsa, onun qısa olduğu qədər də şərəfli ömür yolunun mahiyyətini açıqlamaq bir o qədər çətindir. Təqi 2001-ci il aprel ayının 9-da qədim və ulu Gəncədə dünyaya gəlib. 2007-ci ildə C.Cabbarlı adına 6 saylı orta məktəbin birinci sinfinə gedib və 2017-ci ildə orta təhsilini başa vurub. 2019-cu ilin aprel ayında
həqiqi hərbi xidmətə çağırılıb və Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa cəmi 4 gün qalmış – sentyabr ayının 27-də Ermənistanın təcavüzkar hücumuna qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan ordusunun tərkibində döyüşlərə qatılıb. İlk döyüş yolu Füzuli bölgəsindən başlayıb. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Son döyüş yeri Şuşa olan Təqi noyabr ayının 8-də qəhrəmancasına şəhid olub. Noyabr ayının 13-də Gəncənin Şəhidlər xiyabanında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.
Daha ətraflı »
Yeni ismarıclar