YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” adlı onlayn videokonfrans keçirilib. Gənclərində vətənpərvərlik hissinin aşılanması məqsədilə keçirilən konfransda YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Elm üzrə Prezident mükafatçısı, YAP Gəncə şəhər təşkilatının sədr müavini, tədqiqatçı-alim Elnur Həsənov və 100-ə yaxın fəal gənclər iştirak edib.
Millət vəkili Naqif Həmzəyev videokonfransda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktuallığından danışıb, gənclərə vətənpərvərlik hissinin aşılanmasının hər bir xalqın sabahını təmin edən amillərdən olduğu qeyd edib. Millət vəkili xüsusi ilə vurğulayıb ki, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb.
Yeni ismarıclar