Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Авг
    Siyasət Комментарии к записи Düşmənin hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir отключены

    Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir.

    Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi heç vaxt yüksək olmayıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Siyasət Комментарии к записи İLHAM ƏLİYEV Xəzərdəki “Qarabağ”ın qüdrətini özünə qaytardı отключены

    Neft-qaz yatağına geri dönüş və dənizdə ən böyük sualtı dayaq blokunun inşası Azərbaycanın real gücünün göstəricisidir.

    Son 17 ildə regional və qlobal miqyasda enerji bazarlarında mühüm iştirakçıya çevrilən Azərbaycanın uğurlu neft-qaz strategiyasının icrası tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycanın neft gəlirlərinin artmasına, bundan sonra uzun illər ərzində beynəlxalq neft-qaz bazarlarında aktiv iştirakçı kimi qalmasına böyük töhfə verəcək «Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov, şəhərin baş memar vəzifəsini icra edən Elxan Məmmədov və digərləri Natəvan -2 adlanan əraziyə baxış keçiriblər. Məsələ ilə əlaqədar olaraq ərazidə Gəncəçay məcrasının tikinti tullantılarının daşınması və abadlaşdırılması barədə müvafiq tapşırılqar verilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə «Gənclik Günü» adlı onlayn görüş keçirilib отключены

    Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. 12 Avqust tarixində isə «Beynəlxalq Gənclər Günü»nə həsr edilən «Gənclik Günü» adlı növbəti onlayn görüş keçirilib.

    Görüşü çıxış sözü ilə açan  Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov gənclərimizi və iştirakçıları Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik  edib və pandemiya dövründə fəaliyyətlərdə yaxından iştirak edən gənclərə təşəkkürünü bildirib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Cəmiyyət Комментарии к записи Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib отключены

    Gəncədən seçilən Milli Məclisin deputatı Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaş qəbulu keçirib. Qəbula gələn insanlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

    Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncənin qəsəbələrində iməcilik işləri aparılıb отключены

    Gəncə şəhəri Kəpəz rayonu Natavan qəsəbəsində MKTİB-nin təmizlik şöbəsi iməcilik təşkil edib. Əraziyə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Uzun müddət bu sahəyə müxtəlif yerlərdən məişət tullantıları gətirilib yığılıb.

    Bu səbəbdən ərazi zibil yığnağına çevrilmişdir. Təmizlik şöbəsinin əməkdaşları tərəfindən aparılan iməcilik demək olar ki, Natavan qəsəbəsinin yollarını əhatə edib. Yol kənarında olan bütün zibil yığnaqları yığılaraq ərazidən uzaqlaşdırılıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə könüllülər tərəfindən sosial aksiya keçirilib отключены

    Gəncədə koronavirus pandemiyasına qarşı maarifləndirmə məqsədilə könüllülər tərəfindən növbəti sosial aksiya təşkil edilib.

    Sosial aksiyada ‘Bir könüllü’ , Aqrar İnkişaf Könüllüləri, F1(formula 1) və TGT qruplarının könüllülərindən ibarət 16 gənc iştirak edib.  Onlar yeraltı keçidlərin giriş çıxış xətləri, banklar və sıx yerlərdə stikerlər (Bir-birimizi qoruyaq, məsafə saxla və s.) yapışdırıblar, tibbi maska və əlcəklər paylayaraq koronavirus (COVİD-19)  pandemiyasına qarşı mübarizədə qaydalara riayət olunması barədə sakinləri məlumatlandırıblar.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir отключены
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə yağış yağacağı gözlənilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 28-33° isti olacağı bildirilir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Авг
    Təhsil Комментарии к записи DİM abituriyentlərə güzəşt edib отключены

    Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın ikinci mərhələsində iştirak etmələrinə icazə verilib.

    Bu barədə DİM məlumat yayıb. Bildirilir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Səhifə 41 - 372«...102030...3940414243...506070...»