Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Апр
    Təhsil Комментарии к записи DİM-in “YouTube” kanalına xüsusi karantin rejimi müddətində 200-ə yaxın yeni dərs yerləşdirilib отключены

    Dövlət İmtahan Mərkəzinin «YouTube” kanalına «vizuallaşdırılmış dərs»lərin yerləşdirilməsi davam edir.
    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejimi müddətində müxtəlif fənlər üzrə 200-ə yaxın yeni dərs portala yerləşdirilib.
    Şagirdlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq və mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.
    Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşayiət olunur. Hər dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə yanaşı, bu videodərslərdən də öyrənə bilərlər.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 21Апр
    Cəmiyyət Комментарии к записи Pasxa bayramı münasibətilə Rus İcmasının üzvlərinə sovqat verilib отключены

    Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncədə yaşayan rus icmasının üzvlərinə sovqat paylanılıb. Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq icmanın aztəminatlı üzvlərinə və Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə yardımdan pay düşüb.
    Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 20Апр
    Təhsil Комментарии к записи ADAU-da professor-müəllim heyəti tərəfindən 150-dən çox onlayn dərs keçilib отключены

    Koronavirus infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq tədris prosesinin dayandırılması ilə bağlı qərardan sonra Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələr üçün məsafədən tədris imkanlarını genişləndirən ilk ali təhsil müəssisəsi olub.
    Tələbələrin təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə tədris prosesi məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkil olunur. İndiyədək ADAU-nun professor-müəllim heyəti tərəfindən tələbələrə 150-dən çox onlayn dərs keçirilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 20Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə yaşıllıqlara aqrotexniki qulluq olunub отключены

    Gəncənin istirahət yerlərində və parklarda iməclik keçirilib, küçə və prospektlərdə ağaclar budanıb.
    Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin işçiləri ərazidə təmizlik yaratmaqla yeni əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Ağacların dibləri bellənib, qurumuş budaqlar kəsilib, qazonlar biçilib. Bunlarla yanaşı Heydər Əliyev prospektindəki ağaclar da budanıblar.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Апр
    Siyasət Комментарии к записи Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır отключены

    Koronavirus pandemiyası dövründə Azərbaycanda
    həyata keçirilən sosial dəstək tədbirləri
    nümunəvi xarakter daşıyır

     Hazırda dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta ən çox inkişaf etmiş ölkələr belə bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Апр
    Siyasət Комментарии к записи Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib отключены
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva «facebook” səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
    AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
    «Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
    Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Апр
    Cəmiyyət Комментарии к записи GÜNÜMÜZÜN REALLIĞI отключены

    Prezidentimizə minnətdaram

    Hazırda bütün dünyanın bəlasına çevrilmiş koronavirus, təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Lakin dövlətimizin qabaqlayıcı tədbirləri nəticəsində hələ ki, ölkəmizdə bu təhlükəli virus geniş şəkildə yayılmayıb. Bunun bir səbəbi var: Ölkə Prezidentinin öz xalqına, vətəndaşlarına olan isti münasibəti, diqqət və qayğısı. Dövlətimizin də təklif etdiyi «EvdəQal» kampaniyası koronavirus pandemiyasının daha geniş yayılmaması üçün qabaqlayıcı tədbirlərin ən önəmlisidir. Elə bilirəm ki, hər kəs bu təklifi qeyd-şərtsiz qəbul etməlidir. Çünki xalqımızın gələcəyi, övladlarımızın, insanların sağlamlığı məhz bu kampaniyanı necə yerinə yetirməyimizdən asılıdır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Апр
    Siyasət Комментарии к записи Azərbaycanda xüsusi karantin rejimi uzadıldı отключены

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə xüsusi karantin rejimin uzadılması barədə qərar qəbul edib.
    “Report” xəbər verir ki, qərarda deyilir:
    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
    1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə yaşayan parvoslavlar Pasxa bayramını qeyd edirlər отключены

    Pasxa xristian inancına görə İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra onun zühuru münasibətilə qeyd edilən müqəddəs gündür. Bu bayrama kimi pravoslav xristianları 40 gün oruc tutur, ibadət edirlər. Əvvəlki illərdə Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşaraq bu bayramı qeyd edirdilər. Lakin bu il COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elna olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, «Pasxa» bayramı kütləvi şəkildə qeyd edilməyib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Апр
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
    Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Səhifə 50 - 329«...102030...4849505152...607080...»